“Real”ın yeni baş məşqçisi məlum oldu

“Real”ın yeni baş məşqçisi məlum oldu
Madridin "Real” klubu Zinəddin Zidana əvəz tapıb. 

Oxu.Az xəbər verir ki, bu haqda "Euronews” məlumat yayıb.

Kral klubu tanınmış futbol çalışdırıcısı Hulen Lopeteqi ilə müqavilə bağlayıb.

Hazırda İspaniya millisini çalışdıran məşqçi Rusiyada keçirilən dünya çempionatı başa çatdıqdan sonra "Real”da rəsmi olaraq yeni vəzifəsinin icrasına başlayacaq.

Lopeteqinin təyinatı gözlənilməz olub. Belə ki, bu yaxınlarda o İspaniya federasiyası ilə müqaviləni 2020-ci ilə kimi uzatmışdı.

Xəbər lenti