Röya və İradə qalmaqalına Tolik də qoşuldu: «Sənin atanın…» — FOTOLAR

Röya və İradə qalmaqalına Tolik də qoşuldu: «Sənin atanın…» — FOTOLAR

Müğənni Röya və İradə İbrahimova arasında olan mübahisəyə Tolik də qoşulub.

Panorama.az xəbər verir ki, yaxın günlərdə Könül Kərimovanın qızının toyu üçün Türkiyədən Bakıya gələn müğənni İradə İbrahimova verilişlərin birində həmkarı Röya Ayxan haqqında bəzi xoşagəlməz fikirlər səsləndirmişdi. Daha sonra Röya «Xala», «Kamaz» və s. kimi ifadələr səsləndirərək müğənninin ünvanına söz atmışdı.

Hətta müğənni «Altın Kelebek» mükafat gecəsindən foto paylaşaraq ünvanlı şərhlər yazıb.

Röyanın paylaşdığı bu fotonu müğənni İradə İbrahimova şəxsi «İnstagram» səhifəsində paylaşaraq bunu Röyaya yaraşdırmadığını bildirib.

Müğənni İradə İbrahimovanın etdiyi bu paylaşıma prodüsser Tarix Əliyev (Tolik) də öz fikirlərini bildirib. O, Röyanı qınayanlara sərt cavab verib. Bəzi «İnstagram» izləyicilərinə xoşagəlməz ifadələr və təhqirlər yazdığı üçün onlar prodüseri qınayıblar.

Panorama.az sözügedən şərhləri təqdim edir:

Загрузка...

Xəbər lenti