Rusiya Azərbaycanın 227 ton məhsulunu geri qaytardı

Rusiya Azərbaycanın 227 ton məhsulunu geri qaytardı
Azərbaycan istehsalı olan 119 ton pomidor və 108 ton gilasın Rusiyanın Dağıstan Respublikasına idxalına icazə verilməyib.
 
Bakupost yerli KİV-ə istinadən bildirir ki, bu barədə Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Müşahidə üzrə Federal Xidməti qərar qəbul edib.

Məlumata görə, laboratoriyada məhsullarda zərərli maddələrin olduğu təsdiq edilib. Nəticədə yüklərlə bağlı protokol tərtib olunub və məhsullar Azərbaycana geri göndərilib.

loading...

Xəbər lenti