Rusiya kəşfiyyatı Amerikanı qaranlığa qərq etməyə hazırlaşır

Rusiya kəşfiyyatı Amerikanı qaranlığa qərq etməyə hazırlaşır
Rusiya ilə əlaqəli olan hakerlər Amerikanın elektrik şirkətinin kompüter şəbəkəsinə daxil olublar və nəzəri baxımdan Birləşmiş Ştatları qaranlığa qərq etmək imkanındadırlar.
 
Virtualaz.org xəbər verir ki, bu haqda "The Wall Street Journal” yazır.

Qəzet bildirir ki, özünü "Dragonfly” və ya "Energetic Bear” adlandıran haker qruplaşması ABŞ-ın elektrik enerjisi operatorunun qorunan kompüter şəbəkəsini sındıra biliblər. Bu qruplaşmanın Rusiya hakimiyyətinə bağlı olduğu bildirilir.

Hakerlər elektrik enerjisi operatorunun partnyorlarına hücum etməklə şəbəkəyə girə biliblər. Onlar aldatma yolu ilə zəruri parolları əldə ediblər və dispetçer xidmətinin kompüterlərinə çıxış imkanı qazanıblar. Nəticədə onlar elektrik enerjisinin verilməsini dayandırmaq üçün nəzəri imkanlara malik olublar.

Bundan əvvəl ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi dəfələrlə Rusiyaya bağlı hakerlərin ölkənin elektrik şəbəkəsinə müdaxiləsi təhlükəsi barədə xəbərdarlıq edib. İndiyədək hakerlərin yüzlərlə şirkətin şəbəkəsini sındırdıqları bildirilir. Üstəlik qurbanların bir çoxu bu barədə bilmir.
Загрузка...

Xəbər lenti