Rusiya Mərkəzi Bankı dollar alışını azaltdı

Rusiya Mərkəzi Bankı dollar alışını azaltdı
Rusiya Mərkəzi Bankı rublun məzənnəsinin ucuzlaşmasının, eləcə də, valyutadakı volalitliyin qarşısını almaq üçün hərəkətə keçib. 

Oxu.Az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Bank gündəlik valyuta alışı və satışını məhdudlaşdırmaq qərarı verib. 

Bankdan bildirilir ki, rublun məzənnəsindəki düşüş ABŞ-ın sanksiyalari ilə bağlıdır. Dalğalanmanın qarşısını almaq üçün Rusiyanın kifayət qədər manevr imkanları var. 

Qeyd edək ki, Mərkəzi Bank artıq valyuta alışını azaldıb. Belə ki, avqustun 9-da keçirilən hərracda bank tərəfindən 8 mlrd. 400 mln. rubl dəyərində xarici valyuta alınmışdısa, dünən bu rəqəm yarıya düşüb. 

Bu arada, rublun məzənnəsindəki sərt enişi dəyərləndirən Rusiyanın baş naziri Dimitri Medvedev bildirib ki, ABŞ bank sektoruna və xarici valyuta transferlərinə sanksiya tətbiq edərsə, bunu iqtisadi müharibə kimi dəyərləndirəcəklər. 

Xatırladaq ki, ilin əvvəlindən rubl dollara nisbətdə 13 faiz dəyərdən düşüb. 


Xəbər lenti