Rusiya MN: "Əsəd qüvvələri Münbiçə nəzarəti ələ keçirib"

Rusiya MN:
Əsəd qüvvələri Suriyanın Münbiç şəhərində 1000 km əraziyə nəzarəti ələ keçirib. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama verib.

Məlumatda həmçinin, Tabqadakı hava limanı və iki su elektrik stansiyasının da nəzarətə alındığı qeyd edilib.

Qeyd edək ki, "Barış pınarı” əməliyyatlarının başlamasının ardından bölgədəki ABŞ və koalisiya qüvvələri geri çəkilmək qərarı alıb. Bunun ardından Əsəd qüvvələri və Rusiyanın Suriyadakı ordusu ABŞ-ın bölgədən çıxmasından sonra nəzarəti ələ almaq üçün əraziyə daxil olacağını bildirib.

Koalisiya qüvvələrinin sözcüsü Mayles Çaqinz rəsmi Twitter hesabından açıqlama verərək Münbiçdən çıxdıqlarını bildirib.

Rusiya Müdafiə Nazirliyi bölgədə əməliyyat aparan Türkiyə ordusu ilə kordinasiyalı şəkildə çalışdıqlarını bildirib. Nazirlik həmçinin, iki ölkə ordularının nəzarət etdiyi ərazilər arasında nəzarət funksiyası apardıqlarını əlavə edib.

loading...

Xəbər lenti