Rusiya qazın topdansatış qiymətini qaldırdı

Rusiya qazın topdansatış qiymətini qaldırdı
Rusiyanın "Qazprom” konserni iyulun 1-dən qaza olan topdansatış qiymətlərini bütün istehlakçı kateqoriyalar üçün 3,4 faiz  qaldırıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar Rusiya Antiinhisar Xidməti tərəfindən qəbul edilib.   

Məlumata görə, 11 may tarixli əmr Ədliyyə Nazirliyində iyunun 19-da qeydə alınıb.  

Qeyd edək ki, "Qazprom”un satdığı qazın topdansatış qiymətləri Rusiya hökuməti tərəfindən tənzimlənir.
Загрузка...

Xəbər lenti