Rusiya Türkiyədə yaşayan vətəndaşlarına xəbərdarlıq etdi

Rusiya Türkiyədə yaşayan vətəndaşlarına xəbərdarlıq etdi
Rusiya Xarici İşlər Nazirliyi Türkiyədə yaşayan Rusiya vətəndaşlarını xəbərdar edib.
Modern.az xəbər verir ki, nazirlik mayın 13-də Ankarada Anadolu meydanından kənarda durmağı məsləhət görüb.

Rusiya XİN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi xəbərdarlıq edir ki, mayın 13-də adı çəkilən meydanda Rusiya əleyhinə Krım tatarlarının mitinqi baş tutacaq. Nazirlik buna görə Rusiya vətəndaşlarına həmin meydana yaxınlaşmamağı məsləhət görüb.

"Mayın 13-də Ankaradakı Anadolu Meydanında (Tandoğan) Rusiyada qadağan edilmiş ekstremist təşkilatın "Krım-Tatar Xalq Məclisinin” tərəfdarları Rusiya əleyhinə mitinq keçirməyi planlaşdırır. Rusiyanın vətəndaşlarına həmin meydanı və ətraf əraziləri ziyarətdən çəkinməyi tövsiyə olunur” şöbənin "Twitter” hesabında qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl də Türkiyədə Krımın 2014-cü ildə Rusiya tərəfindən işğal edilməsinə etiraz aksiyası keçirilib. Keçən il fevral ayında Ankaradakı Rusiya səfirliyinin qarşısında Krım tatarlarını Qeyri-Hökumət Təşkilatları Assosiasiyası Krımın ilhaqının 3 ili münasibəti ilə etiraz aksiyası keçirib.

Загрузка...

Xəbər lenti