Rusiyada 5 azərbaycanlı yanaraq öldü: Meyitləri vətənə yola salınacaq

Rusiyada 5 azərbaycanlı yanaraq öldü: Meyitləri vətənə yola salınacaq
"Kirov vilayətində faciəvi şəkildə ölən həmyerlilərimizin Azərbaycana yola salınması üçün DNT anlizlərinin cavabını gözləyirik".

Bunu "Report"a açıqlamasında Rusiya Azərbaycanları İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib.

"Faciəvi şəkildə dünyasını dəyişən soydaşlarımız tanınmaz halda olduqları üçün DNT analizi götürülüb. Cavab sabah gəlməlidir. Soydaşlarımıza köməklik üçün əlimizdən gələni edirik və təşkilat olaraq hadisəni diqqət mərkəzində saxlayırıq", - E.Hüseynov vurğulayıb.

O bildirib ki, artıq yerli diaspor tərəfindən tabutlar sifariş verilib: "Sənədləşmə prosesi bitdikdən sonra meyitlər avtomobillə Azərbaycana yola salınacaq".

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb.

Bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb.

Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı beş nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizi yanıb. Xəstəxanaya çatdırılan yaralı tibb mərkəzində keçinib. 
loading...

Xəbər lenti