Rusiyaya gedən yük maşınlarının saxlanılmasına rəsmi reaksiya

Rusiyaya gedən yük maşınlarının saxlanılmasına rəsmi reaksiya

Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiyaya gedən yük nəqliyyat vasitələrinin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılması barədə məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) virtuala.org-a verilən məlumata görə, Azərbaycan-Rusiya sərhədində nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur və gömrük-sərhəd buraxılış məntəqəsi gündəlik iş rejimində fəaliyyətini davam etdirir.

DGK rəhbərliyi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyi ilə Azərbaycandan gedən avtomobillərin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılmasının səbəblərinin araşdırılması məqsədilə danışıqlar aparır və məsələnin müsbət həlli istiqamətində bütün zəruri addımlar atılır.

 

**17:23

 

Azərbaycandan Rusiyaya gedən yük maşınları 4 gündür ki, bu ölkənin gömrük xidməti tərəfindən Dağıstan ərazisində saxlanılıb.

Bu barədə "Qafqazinfo”ya sürücülər məlumat veriblər. Onlar bildirirlər ki, maşınlar Dağıstan ərazisindəki Cənub Gömrük Terminalından buraxılmır. Təxminən 150-ə yaxın yük maşını içi dolu yüklə gömrükdə qalıb.

Sürücülər deyirlər ki, onlar Azərbaycandan alma, xiyar-pomidor, göyərti və digər kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarına aparırlar. Ancaq gömrük rəsmiləşdirilməsi aparılmır və heç bir səbəb göstərilmir.

"Artıq bəzi sürücülərin yanacaqları da tükənmək üzrədir. Yük maşınlarında olan məhsul xarab olmasın deyə soyuduculardan istifadə olunur və buna görə də yük maşınları gecə-gündüz işlək vəziyyətindədir. Bizə bununla bağlı heç bir açıqlama vermirlər, nə gedə bilirik, nə də ki geriyə qayıda bilirik”.


Загрузка...

Xəbər lenti