Sarımsaq qabığından 7 möcüzə RESEPT - Atmayın, dərdinizə dərmandır

Sarımsaq qabığından 7 möcüzə RESEPT - Atmayın, dərdinizə dərmandır
Sarımsağı soyub, qabıqlarını atmağa adət etmişik. Amma sarımsağın özü qədər qabıqları da faydalıdır və xalq təbabətində istifadə olunur.

Bir şərtlə ki, bu sarımsaq təbii, torpaqda yetişmiş məhsul olsun. Marketlərdə satılan, qabığı dərmanlar və pestisidlərlə zəngin Çİn sarımsağı olmasın.

Medicina.az sarımsaq qabıqlarının hansı xəstəliklərə çarə olduğunu və bir neçə resepti təqdim edir.

-Sarımsaq qabığı orqanizmdən toksin, duz, ağır metal, radioaktiv birləşmələri, sərbəst radikalları çox gözəl çıxarıb zərərsizləşdirir
-Qabıqda olan pektin damarları təmizləyir

-Diabet xəstələri üçün qabıqların dəmləməsi, cövhəri ağırlaşmaların qarşısını alır, mədə-bağırsağa faydalıdır
-Orqanizmi daxildən cavanlaşdırır, güc verir
-Dərini yaxşılaşdırır
-İmmuniteti möhkəmləndirir

-Göbələklər, xüsusən onixomikoz əleyhinə təsir edir
-Qrip, zökəm xəstələrini tez sağaldır
-Virusları öldürür

-Baş ağrısını kəsir
-Bağırsaq, anus iltihabı, sidik iltihabı ilə mübarizə aparır

Necə hazırlaya bilərsiz:

Qrip, zökəm, burun tutulması, bronxit zamanı

2 xörək qaşığı xırdalanmış sarımsaq, 2 x.q soğan qabıqlarını çuqun tavada yağsız qovurun. Sonra bunu qaynar suya töküb, qazanın üzərinizə başınızı, burnunuzu tutub, başınıza dəsmal ataraq buxarı ilə nəfəs alıb, inhalyasiya edin. Çox isti olduqda arada fasilə verin. Cəmi 6-8 dəqiqə müddətə olmalıdır. Gündə 1 dəfə edin

Böyrək, sidik yolları xəstəlikləri, sistit

1 stəkan xırdalanmış qabıqları 1 litr qaynar suda 30 dəqiqə dəmləyin. Gündə 2 dəfə yeməkdən sonra 3 xörək qaşığı olmaqla için. Kurs 7 gün. Çox olmaz

Bağırsaq iltihabı, diareya

Bir ovuc quru qabıqların üzərinə 1 stəkan qaynar su alıb kənara qoyun. Su bir az ilıq olan kimi dərhal onu aramla için. 1 gün içib, 2 gün fasilə. Gündə olmaz, qəbizlik yaradır. 

Eləcə də qabıqların dəmləməsi ilə üzü silmək, səpkilərə qarşı losyon kimi istifadə etmək olar.

Ümumi möhkəmləndirici Resept

Bir ovuc xırdalanmış quru qabıqların üzərinə 1 stəkan isti (qaynar yox) su alıb, ağzı bağlı qabda 8 saat saxlayın, sonra süzün, 10 gün ərzində gündə yarım stəkan qəbul edin

loading...

Xəbər lenti