Sarımsaq-soğan yeməklə qorunmaq olarmı? - Qrip haqqında 5 mif

Sarımsaq-soğan yeməklə qorunmaq olarmı? - Qrip haqqında 5 mif
Hazırda quş qripinin adi qripə, adi qripin donuz qripinə qarışdığı bir vaxtda insanlar arasında müxtəlif miflər gəzir.

Medicina.az qrip haqqında dolaşan 5 mifi və onların nə dərəcədə reallığa uyğun olmasını araşdırıb.

MİF 1

"Mən artıq bir dəfə qrip olmuşam, daha olmaram”

Bu düzgün deyil. Qripin elə xarakteri də budur ki, dəyişir, müxtəlif ştammları var. Virus daim mutasiya olur, ötən ildə və ya  ilin əvvəlində keçirdiyiniz qrip eyni olmaya bilər. Ona görə bir insan, istər uşaq, istər böyük ildə 2-3 dəfə qrip keçirə bilər.

MİF 2

"Sarımsaq, soğan yeyirəm, immnunitetim güclənib, qrip olmaram”

Əvvəldən sağlam həyat tərzi keçirən insan qriplə toqquşmadan az-çox qoruna bilər. Bunun üçün sarımsaq-soğan azdır.

-Gərək şəxsi gigiyenaya ciddi əməl olunsun
-Hər gün kifayət qədər su, yaşıl çay içilməli
-Qrip ərəfəsində kütləvi insan olan yerlərdə az olmalı
-Qida rasionunda çoxlu meyvə-tərəvəz, sitrus meyvələri, süd məhsulları 
-D vitamini, balıq yağı, C vitamini çox qəbul edilməlidir

MİF 3

"Peyvənd olunmuşam, mənə zaval yoxdur”

Qripdən peyvənd olunmaq mövsümi qriplərdən bir qədər qorunmaq və ya ağırlaşmadan keçirmək olar. Amma adi qripdən peyvəndin sizi donuz və ya quş qripindən tam müdafiə edəcəyinə zəmanət yoxdur.
 
Ümundünya Səhiyyə Təşkilatı ümumiyyətlə, hər bir insanın, xüsusilə uşaq və yaşlı insanların hər il oktyabr ayında qripə qarşı peyvənd olmasını israrla tövsiyyə edir.

MİF 4

"Öskürək və burun axırsa, bu qripdir”

Soyuqdəymə, burun tutulma, yuxarı tənəffüs yollarının xəstəliyi, kəskin respirator viruslar və qripp – bunlar tamamilə ayrı-ayrı xəstəliklərdir. 
Əgər xəstəlik asta-asta, zəif başlayıb inkişaf edirsə, hərarət çox yüksəlmirsə, burun tutulub axırsa, bu qrip yox, hansısa başqa virusdur. 

Qrip virusu tədricən ölür, ona görə qripdən sonra daha 2 həftə zəiflik davam edə bilər.

MİF 5

"Antibiotikdən ziyan gəlməz, hər ehtimala qarşı qəbul edim”

Bütün həkimlər, səhiyyə təşkilatları hər il bu xəbərdarlığı edir. Qrip və digər virus xəstəliklərində qəti surətdə antibiotik qəbul etmək olmaz. Antibiotiklər yalnız ağırlaşmalar və bakterial infeksiya qoşulanda olunur. 

Qrip zamanı bu yardım və müalicələr olmaz:

-Boğaz qıcıqlanması və öskürəyi siroplarla sağaltmaq. Öskürək orqanizmin müdafiə və təmizlənmə reaksiyasıdır. 

-Yüksək  hərarəti endirməyə çalışmayın. Yalnız termometrdə göstərici 39-a çatanda qızdırmasalıcı qəbul edin. Aspirin isə qəti olmaz

-Qrip vaxtı immunitet qaldıran və antihistamin dərmanları fasiləsiz qəbul etmək. Bunları yalnız həkim təyin edə bilər

-Xalq təbabəti reseptlərindən özbaşına istifadə etmək

Загрузка...

Xəbər lenti