Sədrdən açıqlama: Dövlət Gömrük Komitəsi ləğv olunur?

Sədrdən açıqlama: Dövlət Gömrük Komitəsi ləğv olunur?
"Hansısa komitənin ləğv olunması bizim səlahiyyətimizdə deyil".

Panorama.az modern.az-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev qurumun ləğvi və digər dövlət orqanlarına birləşdirilməsilə bağlı sualları cavablandırarkən bildirib.

S.Mehdiyev qeyd edib ki, hər hansı bir qurumun rəhbəri, Dövlət Gömrük Komitəsi, eləcə də digər qurumlar hansısa dövlət təşkilatını ləğv edə bilməz:

"Bu bizim səlahiyyətlərimizə daxil deyil. Görünən odur ki, cənab Prezident son islahatlarda məsləhət görməyibsə, komitənin ləğvindən söhbət gedə bilməz".

loading...

Xəbər lenti