Şəhid ailələrinə birdəfəlik ödəmələr bu tarixdən veriləcəkRƏSMİ

Şəhid ailələrinə birdəfəlik ödəmələr bu tarixdən veriləcəkRƏSMİ
"Artıq şəhid hərbi qulluqçulardan 96 faizinin vərəsələri bu ödəməni almaq hüququna malik olduqlarını öyrənib”. 

Bu barədə modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O, yaxın günlərdə göstəricinin artacağını qeyd edib: "Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytındakı (http://www.mlspp.gov.az) "Birdəfəlik ödəmə” bölməsində vətəndaşlar tərəfindən sorğu-axtarış prosesinin davam etdiyini nəzərə alsaq, bu göstərici qarşıdakı günlərdə daha da artacaq.

Şəhidlərimizin ruhu hər birimiz üçün müqəddəs, uca, əzizdir və ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işlərinin davamı kimi, Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işlərinin də layiqli səviyyədə, tam şəffaf şəraitdə yerinə yetirilməsi üçün nazirlik bütün lazımi tədbirləri görüb və görməkdə davam edir".

Şöbə müdiri bildirib ki, bu ilin sonuna qədər birdəfəlik ödəmələrin verilməsinə başlanacaq:

"Gələn il ərzində ödəniş prosesi tam yekunlaşacaq".
Загрузка...

Xəbər lenti