Səhiyyə Nazirliyindən Elmar Vəliyevin səhhəti ilə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyindən Elmar Vəliyevin səhhəti ilə bağlı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Gəncənin icra başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb. Yayılan məlumatlarda  icra başçısının əvvəl öldüyü bildirilsə də, sonradan yaralandığı  vurğulanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Unikal.org-a Elmar Vəliyevin vəziyyətinin ağır olmadığını deyib.

Mətbuat katibi qeyd  edib  ki, hazırda Elmar Vəliyevə lazımi yardım göstərilir, həyatı üçün ciddi təhlükə yoxdur.

Xəbər lenti