Sel bu dəfə Balakəni “vurdu”: 680-dən çox evi su basdı, 8 körpü dağıldı

Sel bu dəfə Balakəni “vurdu”: 680-dən çox evi su basdı, 8 körpü dağıldı
Balakən rayonunda Dəli çayın daşması nəticəsində Katex kəndinin bir hissəsi ilə əlaqə kəsilib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, kənd ərazisində 20-dən artıq evlə əlaqə kəsilib. Kommuniklasiya xətləri sıradan çıxıb, elektrik və rabitə dirəkləri aşıb. 

Dəyən ziyan araşdırılır.

***14:05

Balakən. 12 iyun. REPORT.AZ/ Balakən rayonunda Dəli çayın daşması nəticəsində 8 avtomobil körpüsünü sel aparıb. 

Bu barədə "Report"un Şimal-qərb bürosuna Katex kənd icra numayəndəliyindən məlumat verilib. 

Eyni zamanda 680-dən çox evin həyətinə və zirməsinə su dolub, bir neçə piyada keçidi uçub.

*** 13:32

Balakən rayonunun Katex kəndi ərazisindən axan Dəli çay daşıb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarında başlayan leysan xarakterli yağış nəticəsində çay məcrasından çıxıb. 

Nəticədə Katex kəndinə ziyan dəyib, evlərin əksəriyyətinin zirzəmiləri və həyətləri su altında qalıb.
 



Загрузка...

Xəbər lenti