Sərnişin təyyarəsini Rusiyanın vurduğu dəqiqləşdi – 298 nəfər ölmüşdü

Sərnişin təyyarəsini Rusiyanın vurduğu dəqiqləşdi – 298 nəfər ölmüşdü
2014-cü il iyulun 17-də düşürülən Malayziya Hava Yollarına məxsus "MH-17” sərnişin təyyarəsinin Rusiya ordusuna məxsus raketlə vurulması dəqiqləşib.
"Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bunu hadisəni araşdıran Beynəlxalq Cinayətləri Araşdırma Qrupu bildirib.

Məlumata görə, təyyarə Rusiya Silahlı Qüvvələrinin 53-cü Zenit raket briqadasından atılan raket nəticəsində qəzaya uğrayıb.

Qeyd edək ki, qəza nəticəsində 298 nəfər ölüb. Təyyarədəkilərdən 283-ü sərnişin, 15-i isə uçuş heyətinin üzvü olub. Ölənlərdən 154-ü Hollandiya, 27-si Avstraliya, 23-ü Malayziya, 11-i İndoneziya, 6-sı Britaniya, 4-ü Almaniya, 4-ü Belçika, 3-ü Filippin, 1-i Kanada vətəndaşı olub.
Загрузка...

Xəbər lenti