Sərnişinlər DİQQƏT: Bu nəqliyyat vasitəsində gediş haqqı 50 qəpik olacaq

Sərnişinlər DİQQƏT: Bu nəqliyyat vasitəsində gediş haqqı 50 qəpik olacaq
Bakı Sərnişin Vağzalı ilə Sabunçu dəmir yolu vağzalı arasındakı məsafəni ştadler qatarı 15 dəqiqədə qət edəcək. Qatarların intensiv hərəkətinə isə hərəkət cədvəlinin hazırlanması başa çatan kimi bu günlərdə start veriləcək. Artıq gediş haqqının məbləği də müəyyənləşib.

Öncədən yarım saat qət olunan məsafəni getmək üçün indi cəmi 15 dəqiqə vaxt tələb olunacaq. Bunu Bakı Sərnişin Vağzalı ilə Sabunçu dəmir yolu vağzalı arasındakı məsafədən danışan Dəmir yolları Qapalı səhmdar cəmiyyətinin maşinist təlimatçısı Nazim Əmiraslanov deyib. O, bildirib ki, yeni xətdə ancaq müasir ştadler qatarları hərəkət edəcəyindən məsafəni qət etmək çox qısa zamanda həyata keçiriləcək və sərnişinlərin rahatlığı maksimum təmin olunacaq. Bu məsafəni getmək üçün isə gediş haqqı 50 qəpik həcmində müəyyən edilib.

Nazim Əmiraslanov bildirir ki, qatarlar yeni stansiyanın açılması ilə dairəvi hərəkət sxemi ilə hərəkət edəcəklər.

Yeni istiqamətdə hərəkət edəcək qatarların hərəkət sürəti də bəllidir.

Onu da qeyd edək ki, Bakı şəhərətrafı dəmiryol xəttinin ümumi uzunluğu 107 kilometrdir. Dəmiryol xəttində 14 stansiya və dayanacaq olacaq. Stansiyaların sayının artması ilə əlaqədar olaraq genişləndirmə işləri həyata keçirilir. Bu proses Bakı-Sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayı, Saray və Sumqayıt istiqamətlərini əhatə edəcək.
 
//bax.tv
 

loading...

Xəbər lenti