Sərnişinlərin diqqətinə: Daha bir avtobus kart sisteminə keçdi

Sərnişinlərin diqqətinə: Daha bir avtobus kart sisteminə keçdi
Daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi "BakıKart” vasitəsi ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Bizimyol.info-ya verilən məlumata görə, sabahdan etibarən 199 nömrəli müntəzəm marşrut xətti üzrə ( Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək.

199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür.

Загрузка...

Xəbər lenti