Sərxoş qadın aeroportda dava saldı: Sizi gülləyəcəyəm! - VİDEO - FOTO

Sərxoş qadın aeroportda dava saldı: Sizi gülləyəcəyəm! - VİDEO - FOTO
ABŞ-dakı Fort Loderdeyl şəhərindəki beynəlxalq hava limanında olay yaşanıb.

JetBlue aviaşirkətinin reysi texniki problemlərlə bağlı 10 saat təxirə düşmüşdü. Sərnişinlərdən biri sinirlənib və insident yaradıb.

Panorama.AZ milli.az-a istinadən qadına başqa təyyarədə, başqa reysdə uçuş təklif olunub. Sərxoş qadın isə JetBlue aviaşirkətinin nümayəndəsinə hücum çəkib, qeydiyyat bölməsində qışqırmağa, bağırmağa başlayıb. Sonda isə o, "Məndə tapança var, gülləyəcəyəm sizi" deyib.

"Mənim kimi qadını bu hala niyə salırsınız?! Sən təcavüzkarsan, əxlaqsızsan, manyaksan. 4 ildir ki, sizin aviaşirkətin təyyarələri ilə uçuram. Hər dəfə də problemlər yaranır", - isteriyaya qapılmış qadın qışqırırdı.

Həmin qadın Kaliforniya ştatındakı San-Markos şəhərinin sakini, 26 yaşlı Sabrina Tomas idi.

JetBlue aviaşirkətinin yaydığı məlumata görə, qadın sərxoş olduğu üçün təyyarəyə buraxılmayıb.

O, Florida ştatında hospitala psixi durumun müayinəsi üçün aparılıb.

Загрузка...

Xəbər lenti