Səudiyyəlilər husilərin qərargahını bombardman etdilər

Səudiyyəlilər husilərin qərargahını bombardman etdilər
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hərbi-hava qüvvələri şiə hərəkatı olan "Ənsar Allah”ın husi qiyamçılarının Yəmənin qərbində yerləşən qərargahlarına bomba zərbələri endiriblər.

Oxu.Az "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbə bildirib.

Qeyd edək ki, daha öncə koalisiya iştirakçısı olan BƏƏ Yəmənin strateji əhəmiyyətli limanı Hodeydin husilərdən azad edilməsi üzrə əməliyyatların dayandırıldığını bəyan etmişdi. Buna səbəb isə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsə münaqişə tərəfləri ilə danışıqlar aparmağa imkan yaratmaq idi.
Загрузка...

Xəbər lenti