Siqaretdən daha zərərli qidalar

Siqaretdən daha zərərli qidalar
Sosiska, kolbasa və s. ət məhsulları

Hazır olaraq aldığımız sosiska, kolbasa və s. işlənmiş ət qidalarının nə növ əməliyyatlardan keçdiyini bilirsinizmi? Dünya Sağlamlıq Təşkilatının şərhlərinə görə hər gün işlənmiş ət məhsulları istehlak etmək xərçəng riskini 20% artırır.

Palma yağı

Panorama.Az deyerler.org-a istinadən bildirir ki,  Dünya Sağlamlıq Təşkilatı, palma yağını zəhər olaraq xarakterizə edir. Aparılan araşdırmalara görə palma yağı xərçəngli hüceyrələrin artmasını 10-qat artırır və xərçəngin bədəndə çox sürətli bir şəkildə böyüməsinə səbəb olur. Mütəxəssislərə görə həddindən artıq istehlak edildiyi təqdirdə, palma yağının hər hansı bir zərər verməsi mümkün deyil.

Qatıq

Mütəxəssislərin şərhləri sizləri təəccübləndirəcək. Əksər insanlar üçün faydalı bir məhsul olaraq görülən qatıq, bədəndə zəhəri tutur. Bunun üçün insanın etməsi lazım olan şey hazır və işlənmiş qatıq istehlakı yerinə təbii qatıq istehlakı etməkdir.

Şəkər

Şəkərin bədən üçün zərərli təsirlərini bilməyən yoxdur. Xərçəng hüceyrələrinin meydana gəlməsi və yenilənməsi üzərində təsirləri olduğu bilinən şəkərdən həyatınız boyunca uzaq dayanmalısınız. Mütəxəssislərə görə şəkər ehtiyacınızı bəhməz, cem kimi məhsullar ilə aradan qaldırmaq çox daha faydalıdır.

Xəbər lenti