“SOCAR Polymer” subpodratçı şirkətə ciddi xəbərdarlıq etdi

“SOCAR Polymer” subpodratçı şirkətə ciddi xəbərdarlıq etdi
"Hazırda "SOCAR Polymer”in tikinti sahəsində çalışanlar arasında heç bir narazılıq yoxdur”.

REAL-ın məlumatına görə, bu barədə tikinti podratçısı olan "Üstay” şirkətinin bir neçə əməkdaşı arasında yaranan narazılıqla bağlı  "SOCAR Polymer” şirkətinin açıqlamasında deyilir.

Qeyd edilib ki, səbəb havaların isti keçməsi ilə əlaqədar olaraq, iş qrafikində yaranan çətinliklər olub.

"SOCAR rəhbərliyinə hadisə barədə məlumat verildikdən dərhal sonra müvafiq tədbirlər görülüb, SOCAR və "SOCAR Polymer” rəhbərliyinin müdaxiləsi nəticəsində məsələ həll edilib, səslənən narahatlıqlar tam aradan qaldırılıb.SOCAR tərəfindən subpodratçı şirkətin rəhbərliyinə narazılıq hallarının qarşısının alınması barədə ciddi xəbərdarlıq edilib”, - deyə açıqlamada qeyd olunub.

Загрузка...

Xəbər lenti