Sosial müdafiə xərcləri artırıldı

Sosial müdafiə xərcləri artırıldı
Prezident İlham Əliyev "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanuna dəyişiklik barədə qanunu təsdiqləyib.

BAKU.WS-in məlumatına görə, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin gəlirləri 3 928 104 000 manatdan 4 128 104 000 manata, xərcləri isə 3 928 104 000 manatdan 4 128 104 000 manata qaldırılıb.

Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin xərclərinin əhaliyə ödənişlər üzrə xərclər istiqamətində 3 834 944 000 manatdan, 4 020 444 000 manata qaldırılıb. Eyni zamanda, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 500 000 manatdan, 23 000 000 manata qaldırılıb.

loading...

Xəbər lenti