Spiker deputatın səhvini tutdu: “Koroğlu qaçaq deyil”

Spiker deputatın səhvini tutdu: “Koroğlu qaçaq deyil”
"Şahi İsmayıl Xəıtai bizim dövlətin qurucusudur. Şah İsmayıl Xətaini aparıb iki yolun arasına qoyublar”.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

"Bir xarici vətəndaş orada şəkil çəkdirmək istəsə, avtomobil qəzasına düşəcək. Bu şəxs dövlət qurub. Onun haqqında bütün beynəlxalq aləm fikir söyləyir. Biz bunu göstərməliyik. Tariximizə sahib çıxmalıyıq. Qaçaq Koroğluya ən böyük parkda heykəl qoymuşuq, Şah İsmayılı aparıb qoymuşuq iki yolun ortasına tariximizə hörmətlə yanaşmalıyıq”. 

Spiker Oqtay Əsədov isə S.Novruzova bildirib: "Koroğlu qaçaq deyil. Etnoslara "sataşma”.
 
///AzVision.az 

Xəbər lenti