Stalinə pərəstiş tarixi rekorda çatdı

Stalinə pərəstiş tarixi rekorda çatdı
SSRİ-nin siyasi xadimi İosif Stalini heç vaxt bu qədər sevməyiblər. "Levada-tsentr” adlı qeyri-hökumət təşkilatının keçirdiyi sorğu belə deməyə əsas verir.
Bizimyol.info xəbər verir ki, araşdırmaya görə, respondentlərin 77 faizi ya Stalinə müsbət yanaşır, ya da onun haqda pis fikirdə deyil. Onların 51 faizi siyasi xadimə qarşı pərəstiş, hörmət, simpatiya duyduğunu bildirib. Ümumiyyətlə, Stalinə hörmət edənləri sayı 12 faiz artıb. 2015-ci ildən bəri ona mənfi münasibət azalan xətt üzrə inkişaf edir.

Respondentlərin 70 faizinin fikrincə, Stalin SSRİ-nin həyatında müsbət rol oynayıb. 19 faiz bunun əksini düşünür. 2008-ci ildən bəri II Dünya Müharibəsindəki böyük insan itkilərinə görə mərkəzi komitənin rəhbərini qınayanların faizi 60-dan 45-ə düşüb.

Müqayisə üçün yazaq ki, 2017-ci ildə respondentlərin 50 faizi Stalinə normal yanaşırdı. İldən-ilə ona pərəstiş və ya yaxşı münasibət artır.

loading...

Xəbər lenti