Stalinin oğlu əsir düşərgəsində ölüb — YENİ FAKTLAR

Stalinin oğlu əsir düşərgəsində ölüb — YENİ FAKTLAR
İkinci dünya müharibəsində Stalinin oğlu Yakov Cuqaşvili əsir düşərək ölüb.

"Ölkə.Az” xəbər verir ki, son dövrlər Cuqaşvilinin ölümü barədə yeni faktlar üzə çıxıb.

1945-ci ilin mart ayında Stalinin masasına Beriyanın çox gizli hesabatı qoyulur. Hesabatda alman əsirliyində olan Yakov Cuqaşvili barədə məlumat var idi. Yakov 1941-ci ildə müharibəyə yollanır, əsir düşür və 1943-cü ildə düşərgədə ölür.

Hesabata əsasən, 1945-ci ilin yanvar ayında Birinci Belorus cəbhəsi alman əsir düşərgəsindəki yuqoslaviyalı zabitləri azad edib. Onların arasında general Stefanoviç də var idi. Stefanoviçi Yakovla bir düşərgədə saxlayıblar.

"Stefanoviç gəzinti zamanı bir neçə dəfə baş leytenant Cuqaşviliyə yaxınlaşıb. Düşərgədə isə 15 dəfə onun otağına baş çəkib. Stefanoviç dəfələrlə yuqoslaviyalı zabitlər adından Yakova maddi yardım təklif edib. Amma Yakov buna qətiyyən etiraz edib və bəyan edib ki, əsirlikdə olan digər sovet zabitlərindən fərqlənmək istəmir”, - deyə hesabatda bildirilir.

Eyni zamanda məlum olub ki, Stalinin oğlu xüsusi otaqda saxlanılıb və daim nəzarətdə olub.

General Stefanoviç deyib: "Cuqaşvili özünü sərbəst və məğrur aparırdı. Onun otağına alman zabiti daxil olanda heç vaxt ayağa qalxmır, çox vaxt isə söhbət zamanı arxasını çevirirdi. Bu səbəbdən isə tez-tez karserə salınırdı”.
Bundan başqa alman mətbuatı Cuqaşvili ilə müsahibə dərc etmişdi. Guya Yakov müsahibəsində Sovet İttifaqını lənətləyib. Stefanoviç gəzinti vaxtı bunu Yakova deyəndə, Stalinin oğlu faktı inkar edib və bildirib ki, heç vaxt siyasi və hərbi suala cavab verməyib. Bundan başqa Yakov bildirib ki, Almaniyanın məhv olacağına inanır.

1942-ci ilin sentyabr ayında yuqoslaviyalı zabitlər qaldıqları barakdan qaçmaq üçün tunel qazırlar. Tunel Yakovun da qaldığı otağından altından keçirmiş. Düşərgənin komendantı məsələdən xəbər tutur və Yakovu karserə salır. Sonra isə karseri betonlayır. Bir neçə gün sonra isə Berlindən gələn əmr ilə Cuqaşvili təyyarə ilə naməlum istiqamətdə aparılır.

Bundan sonra Stefanoviç Yakovu görməyib.

Stalinin böyük oğlu Yakov 1907-ci ildə anadan olub. Atası ilə münasibətləri gərgin idi. Stalin oğlunun nikahının əleyhinə idi. 22 iyun tarixində Stalin hərbçi oğlunu çağırır və deyir: "Get və savaş”.

1941-ci ilin iyul ayında Yakov döyüşlərdə şücaət göstərir və mükafatlandırılır. Amma eyni ayda almanlara əsir düşür. Almanlar onu iki düşərgədə saxlayaraq feldmarşal Paulyusla dəyişmək istəyirdilər. Amma Stalinin almanlara cavabı qəti olub:

"Mən əskəri feldmarşala dəyişmirəm”.

Загрузка...

Xəbər lenti