Sumqayıtda faciə: ana ilə 5 yaşlı oğlu dəm qazından öldü

Sumqayıtda faciə: ana ilə 5 yaşlı oğlu dəm qazından öldü
Sumqayıt şəhər Corat qəsəbəsində ana və oğlu dəm qazından boğulublar. 

Panorama.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və oğlu, 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğlu yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerindədir. 

Hər iki şəxsin meyiti Sumqayıt şəhər Xəstəxanasının morquna gətirilib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Загрузка...

Xəbər lenti