Sürüclər DİQQƏT: Dairəvi yol bağlanır

Sürüclər DİQQƏT: Dairəvi yol bağlanır
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, təmirlə əlaqədar olaraq avtomibillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Загрузка...

Xəbər lenti