Sürücülərə şad xəbər: Plyonka qadağası götürülür

15 Noyabr 2019, 17:44
15 Noyabr
2019
17:44
49
Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti bu gün başa çatıb. Mövcud məhdudiyyət götürüləcək.
Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə "Report"a bildirib ki, bu qadağanın ləğv olunması ilə bağlı hələ qərar yoxdur:
"Mən çox istəyirəm ki, bu qərar ləğv olunsun. Belə hesab edirəm ki, bu qadağanın qoyulması yanlışdır. Ola bilər 15-20 il öncə bu, cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində lazım idi. Çünki ölkədə radikal qüvvələr var idi ki, ölkədəki ictimai-siyasi sabitliyi pozurdular. Amma indi zaman dəyişib, cənab Prezident turizmin inkişafı ilə bağlı mövqe ortaya qoyub, turistlər gəlir. Biz o turistləri başa sala bilmərik ki, hansı ayda jalüzlərdən istifadə etmək olar, hansı ayda yox. Çünki Avropa Komissiyasının qərarına görə, arxa yan şüşələrə pərdə vurulması sürücünün öhtəsinə buraxılır. Belə olan halda biz nəyə görə qadağalar qoymalıyıq? Biz Avropaya inteqrasiya ediriksə bu qadağanı ləğv etməliyik. Bu qadağalar bu gündən qüvvəyə minir. Belə hesab edirəm ki, 100 minə yaxın sürücü qadağaların təsiri altına düşəcək. Mən bunun ləğvinin tərəfdarıyam. Ən azı şifahi göstəriş səviyyəsində bu qadağa dayandırılsın, insanlar hansısa formada cərimələnməsinlər”.
Deputatın sözlərinə görə, belə bir fikir də formalışır ki, bu qadağaların mahiyyəti hansısa iş adamlarına şərait yaratmaqdır.
"Ölkəyə plyonka və pərdələri gətirənlər 6 ay satışla məşğul olurlar, daha sonra sökülür, növbəti 6 ayda yenidən satışa başlayırlar. Bu az rəqəm deyil, 100 mindən çox maşında bu gün plyonkalar var. Bu adamlar niyə cəzalanmalıdır, bunu başa düşmürəm”.
Ç.Qənizadə xatırladıb ki, Milli Məclisdə bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırılıb.
"Beş-altı aydır məsələ qaldırılıb ki, müvafiq qurumlar bununla bağlı addımlar atsın. Çox təəssüf ki, laqeydlik var. Yəqin ki, növbəti iclaslarda bu məsələ yenidən qaldırılacaq. Eyni zamanda hazırda heç bir problem yaratmayan plyonkaların və pərdələrin hətta qanunda olsa belə sökülməsinin tərəfdarı deyiləm. Gözləmək lazımdı, insanlara əziyyət vermək olmaz”.
Xatırladaq ki, "Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may-15 noyabr müddətində həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.
loading...
Xəbər lenti
-
16:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
16:49Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
-
21:22Bu tarixlərdə qeyri-iş günü olacaq - SƏRƏNCAM
-
18:54Prezident Kərəm Həsənovu özünə köməkçi təyin etdi
-
18:52Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib
-
18:44Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək
-
18:29Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM
-
18:29Prezidentdən Şahin Əliyevlə bağlı - SƏRƏNCAM
-
18:28Prezident Ədalət Vəliyevlə bağlı sərəncam imzaladı
-
18:27İlham Əliyevdən Fərəh Əliyeva ilə bağlı - SƏRƏNCAM
-
18:27İlham Əliyev Süleyman İsmayılova yüksək vəzifə verdi
-
18:24Prezident Administrasiyasının daha üç şöbəsi ləğv olunub - SİYAHI
-
18:23Prezidentdən Hikmət Hacıyevlə bağlı SƏRƏNCAM
-
18:22Prezident Katibliyinin rəisi-köməkçi postu ləğv edildi
-
18:21Prezident Məhərrəm Əliyevi yüksək vəzifəyə təyin etdi - General-polkovnik rütbəsi verildi
-
17:53Anar Ələkbərov Prezidentin köməkçisi oldu
-
17:46Prezident Administrasiyasının yeni strukturu – TAM SİYAHI
-
17:36İlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİ - SƏRƏNCAM
-
17:29Prezidentdən mühüm sərəncam - Onu da vəzifəsindən azad etdi
-
17:22Administrasiyaya yeni şöbə müdirləri təyin edildi
-
16:58Yaşar Əliyev: "Qızım Ombudsman seçilərkən..." - FOTO
-
16:57İlham Əliyev İsrafil Məmmədovu qəbul etdi - FOTO
-
16:54Prezidentin yeni köməkçisi kimdir? - DOSYE
-
16:14Prezidentdən mühüm SƏRƏNCAM - Özünə köməkçi təyin etdi
-
15:16“Jurnalist binaları”nın sakinləri marşrutsuz qalıb - BNA isə “səbrli olsunlar” deyir
-
15:15“YAP-ın deputatları ciddi şəkildə dəyişəcək” - Siyavuş Novruzov
-
15:14Nazirlərin dekabr üçün QƏBUL GÜNLƏRİ açıqlandı
-
15:02Məcburi köçkün gənclərə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib - FOTO
-
14:50Milli Məclis nə vaxt buraxılacaq? - Tarix açıqlandı
-
14:48Yeni Ombudsman and içdi
-
14:47Yanvarın 1-dən qüvvəyə minir - ölkə üzrə 190 manat təsdiq olundu
-
14:46Azərbaycanın yeni Ombudsmanı kimdir? - DOSYE
-
12:45Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi ilə bağlı bilinməyənlər
-
12:43"Harda nəyi danışdığınıza fikir verin!" - Dadaşlinski Cümşüd Nuriyevi danladı
-
12:21Maşın sahiblərinə ŞAD XƏBƏR — Etibarnamə verilməsi asanlaşdı - VİDEO
-
12:20Tanınmış aktyora AĞIR İTKİ
-
12:19Sabahdan idxal edilən avtomobil benzininə 15% rüsum tətbiq ediləcək
-
12:19Paytaxtdakı ali məktəblər bu əraziyə köçürülə bilər - Tələbələrin nəzərinə!
-
12:18Kirayə mənzil ala bilmək üçün bu - ŞƏRTLƏRƏ ƏMƏL ETMƏLİSİNİZ
-
12:14"Ətraf mühitin Daun sindromlu uşaqlara təsiri böyükdür"
05 Dekabr 2019
02 Dekabr 2019
29 Noyabr 2019
Digər xəbərlər
-
CƏMİYYƏT
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
-
CƏMİYYƏT, Manşet
Bu tarixlərdə qeyri-iş günü olacaq - SƏRƏNCAM
-
CƏMİYYƏT, Manşet
Prezident Kərəm Həsənovu özünə köməkçi təyin etdi
-
CƏMİYYƏT
Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib
-
CƏMİYYƏT
Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək
-
CƏMİYYƏT
Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM
-
CƏMİYYƏT
Prezidentdən Şahin Əliyevlə bağlı - SƏRƏNCAM
-
CƏMİYYƏT
Prezident Ədalət Vəliyevlə bağlı sərəncam imzaladı
-
CƏMİYYƏT
İlham Əliyevdən Fərəh Əliyeva ilə bağlı - SƏRƏNCAM