Sürücülük vəsiqəsi almaq istəyənlər DİQQƏT: Rüsum artırıldı

Sürücülük vəsiqəsi almaq istəyənlər DİQQƏT: Rüsum artırıldı
Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir. 

Bu barədə Report saytı "Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər layihəsinə istinadən məlumat yayıb.

Dəyişiliyə əsasən, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır.

Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.

Xəbər lenti