Tacikistanda İŞİD ŞOKU: 13 nəfər öldü - QİYAM

Tacikistanda İŞİD ŞOKU: 13 nəfər öldü - QİYAM
Tacikistanın şimalında yerləşən Xudjand şəhərində ciddi rejimli həbsxanada qiyam baş verib.

Publika.az xəbər verir ki, "RİA-Novosti” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə qiyam zamanı 13 məhbusun öldürüldüyünü bildirib.

Onun sözlərinə görə, məhbuslardan biri - İŞİD terror təşkilatının üzvü mühafizəçilərdən birini tərksilah edə bilib. Ondan avtomat silahı alan məhbus nəzarətçilərə və mühafizəçilərə atəş açmağa başlayıb. Məhbusların həbsxananın korpuslarından birini tutduğu bildirilir. Bundan sonra Soqdi vilayətinin Daxili İşlər Şöbəsinin xüsusi təyinatlı dəstəsi qiyamı yatırıb.

Həmçinin, "RİA-Novosti”yə Tacikistan Ədliyyə Nazirliyinin cinayət cəzalarının icrası üzrə baş idarədən bildiriblər ki, hadisə yerində xüsusi istintaq qrupu işləyir və qiyamın səbəbləri müəyyən edilir.
Загрузка...

Xəbər lenti