Tanınmış azərbaycanlı professoru VƏFAT ETDİ

Tanınmış azərbaycanlı professoru VƏFAT ETDİ
Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, fəlsəfə elmləri doktoru, professor Oruc Abdullayev ömrünün 66-cı ilində vəfat edib.

Qeyd edək ki, Oruc Abdullayev 1979-1983 cü illərdə Baki Dövlət Universitetində aspiranturada təhsili alıb. 1983-cü ildə BDU-nun fəlsəfə üzrə ixtisaslaşmış elmi şurasında namizədlik dissertasiyası, 1994-cü ildə AMEA-nın Fəlsəfə İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri doktoru, 1996-cı ildə isə professor elmi adına layiq görülüb.1988-ci ildən Azərbaycan Texnologiya Universitetində fəlsəfə və elmi kommunizm, fəlsəfə və politologiya, 2002-ci ildən fəlsəfə və tarix kafedrasının müdiri, 1996-cı ildən 2011-ci ilə kimi tərbiyə-humanitar məsələlər üzrə prorektor işləyib.Göstərdiyi elmi fəaliyyətinə ğörə mərhumun adı Azərbaycan Milli Ensiklopediyasina salinıb. Oruc müəllim Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin təhlükəsizliyi akademiyasınin müxbir, Nyu-York Elmlər akademiyasinin həqiqi üzvü idi. Ailəli idi, 4 övladı var. 
 

Загрузка...

Xəbər lenti