Təyyarəyə iki dəqiqə gecikdi, ölümdən xilas oldu - FOTO

Təyyarəyə iki dəqiqə gecikdi, ölümdən xilas oldu - FOTO
Yunanıstan vətəndaşı Antonios Mavropolulos Efiopiyada qəzaya uğrayan təyyarənin reysinə gecikdiyi üçün sağ qalıb.

Bu barədə "Greek Reporter” məlumat yayıb.

Mavropulos yerli "Apa TV telekanalına verdiyi açıqlamada hava reysinə iki dəqiqə gecikdiyini bildirib.

"İnsanların təyyarəyə necə qalxdığını görürdüm. Məni içəri buraxmadıqlarına görə qəzəbli idim”, - deyə Mavropolulos bildirib.

Onun sözlərinə görə, aviaqəza barədə məlumat çıxanda, polis onu saxlayıb. Belə ki, Mavropolulos hava reysinə minməmiş yeganə sərnişin olub.

"Mənimlə baş verən qəza arasında heç bir məntiqi əlaqə yox idi, çünki yüküm öz yanımda idi. Ona görə məni çox sorğu-sual etmədilər”, - deyə o bildirib.

Aviareysə gecikmiş sərnişin "Facebook” səhifəsində faciəvi "ET302” hava reysininin biletinin şəklini paylaşıb.
 
oxu.az
Загрузка...

Xəbər lenti