“The Jerusalem Post”: “İsrail Ermənistanla əlaqələri dərinləşdirməməlidir”

“The Jerusalem Post”: “İsrail Ermənistanla əlaqələri dərinləşdirməməlidir”
İsrailin nüfuzlu "The Jerusalem Post” qəzetində İsrail-Azərbaycan əlaqələrinə dair geniş məqalə yayımlanıb. Lent.az həmin məqaləni təqdim edir. 

***

İsrail Azərbaycanla dost və strateji münasibətləri dəyərləndirməli və inkişaf etdirməli və heç bir qüvvənin bu münasibətlərə xələl gətirməsinə yol verməməlidir.

Son zamanlar Ermənistan liderləri tərəfindən vətəndə və xaricdə, yəhudi dövləti İsrail və əksəriyyəti müsəlmanlardan ibarət Cənubi Qafqaz dövləti olan Azərbaycan arasında uçurum yaradılmasına doğru cəhdlərə əl atırlar. 

Modern Diplomacy-nin yanvarda dərc etdiyi publisistik bir məqalədə Ermənistanın sabiq xarici işlər nazirinin müavini Armen Navasardyan öz hökumətini Azərbaycan - İsrail əlaqələrində bir uçurum yaratmaq üçün  "bütün Ermənistansevər dövlət və qeyri-dövlət vasitələrindən” istifadə etməyə çağırıb.

Xüsusilə, son il ərzində, Ermənistan tərəfindən İsrail əleyhinə ciddi cəhdlərin olmasına dair çoxsaylı məlumatlar əldə olunub. İsraildə, Yerusalimdə yaşayan 5,600 ermənidən yüzlərlə nəfəri Azərbaycan – İsrail münasibəti əleyhinə təhrikedici mitinqlər təşkil ediblər.

İsrail və Azərbaycan 25 ildən çoxdur ki, dərin ikitərəfli əlaqələrə malikdir. 1992-ci ildən etibarən, ölkələr diplomatik, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlıq edir. Müsəlmanların çoxluq təşkil etdiyi ölkələr arasında Azərbaycan İsraili tam olaraq tanıyan və yəhudi dövləti ilə diplomatik münasibətləri normallaşdıran bir ölkə kimi tanınır. Avrasiyada İsrail ilə Azərbaycandan daha sıx bağları olan başqa bir ölkə mövcud deyil. Bir sıra xarici siyasi ekspertlər Azərbaycanı İsrailin ən yaxın müsəlman tərəfdaşı kimi qələmə verirlər.

Nə üçün ermənilər yəhudi və müsəlmanlar arasında inkişaf etməkdə olan strateji ittifaqa mane olmağa can atırlar? İlk növbədə bildirək ki, ermənilər, beynəlxalq miqyasda Azərbaycan ərazisi olaraq tanınan Dağlıq Qarabağ regionunu işğal etdikləri üçün Azərbaycanla müharibə şəraitindədirlər və Azərbaycan tərəfindən ehtiyatlanırlar. Ermənistan təsdiq edir ki, Azərbaycan İsrailə neft satışından xeyli mənfəət əldə edir. Dünya bazarında Azərbaycan neftinin ən iri alıcısı olan İsrailin aldığı neftin 40-45%-i  Azərbaycanın payına düşür. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafının nəticəsi olaraq Azərbaycanın İsraillə birbaşa əlaqələndirilməsinə yol açacaq qaz boru kəmərinin tikintisinə dair müzakirələr keçirilib.

Bundan başqa, Ermənistan İsrailin Azərbaycana satdığı silahlardan ehtiyatlanır, çünki İsrail silahları ən müasir, mükəmməl işlənmiş, döyüşdə sınmaqdan çıxarılmış və Ermənistanın alıcısı olduğu Rusiya istehsalı olan silahları birbaşa dəf etmək gücünə malikdir.    

Qeyd edək ki, Azərbaycan son zamanlar İsraildən LORA (Uzun Məsafəyə Hücum) tipli reaktiv silahlar alıb. Bu silahlar yüksək inkişaf etmiş və yoxlanmış effektiv taktiki reaktiv tipli silahlardır. 2016-cı ilin göstəricilərinə görə, Azərbaycan İsraildən təxminən 5 milyard dollar dəyərində müdafiə avadanlığı, o cümlədən, mülki İsrail vətəndaşlarını terroristlərdən qoruyan, reaktiv və artilleriya hücumlarına qarşı məşhur İRON DOME (dəmir günbəz) tipli reaktiv silah sistemi alıb və hazırda bu raketlər Azərbaycanın şəhərlərinin əhalisini Ermənistanın reaktiv və artilleriya hücumlarına qarşı qoruyur.     

Ermənistan isə əksinə, ancaq Rusiyanın hərbi baza, qoşun və silahları ilə kifayətlənib.  

Qeyd edək ki, Rusiyadan Ermənistana silah köçürmələri ya təmənnasız şəkildə həyata keçirilir, ya da kredit razılaşmaları çərçivəsində təmin edilir ki, bu razılaşmalara əsasən, Ermənistanın Rusiayaya borclanması qarşılığında, Moskva silah ala bilməsi üçün Ermənistana lazım olan maliyyə məbləğini kredit olaraq təmin edir. Rusiya və Ermənistan liderləri öz xarici siyasətlərini "əlaqələndirmələrinə” dair bəyanat veriblər. Belə ki, Ermənistan liderləri öz dövlətlərinin Rusiyanın mərhəmətindən və onun impulsiv nəzarətindən asılı olduğunu və Rusiyanın istənilən vaxt öz dəstəyini öz xeyrinə olmaqla başqa istiqamətə dəyişə biləcəyini yaxşı bilirlər.        

Bu yaxınlarda Ermənistan, İsrail ilə daha sıx əlaqələr qurulması istiqamətində işləmək və İsrailin qondarma "Erməni Soyqırımı”nı tanımasına təkan vermək üçün İsrailə öz nümayəndə heyətini göndərib.

Bu hərəkatın yaranmasına təkan verən səbəb Azərbaycan, Səudiyyə Ərəbistanı və digər ölkələrin İsrail ilə olan öz möhkəm əlaqələrindən istifadə etməklə Tramp administrasiyası və Birləşmiş Ştatlara təsir imkanlarının yaradılmasıdır.

İsrail və Ermənistan arasında İsraildə aparılan danışıqlar çox uzağa getmədi.    

Ermənistanın İsrail ilə bağlı üzləşdiyi problemlərdən biri İsrail rəsmilərinin Ermənistanda qorxunc səviyyəyə çatmış anti-semitizmin mövcudluğundan tam xəbərdar olmasıdır.  

2014-cü ildə Anti-Diffamasiya Liqası (ADL) tərəfindən verilən xəbərdə deyilir ki, Ermənistanda antisemitizminin səviyyəsi (2.2 milyon erməni yetkinləri arasında 58% və ya 1.3 milyon) yüksəkliyinə görə Avropada üçüncü yerdə qərar tutursa, bütün sabiq Sovet respublikaları və Şərqi Avropa ölkələri arasında ən yüksək sayılır. ADL tərəfindən açıqlanan növbəti statistika göstərir ki, ermənilər öz antisemitik münasibətlərini müsəlman iranlılardan da çox büruzə verirlər.    

Ermənistanda, antisemitik kitablar, TV proqramları və ölkədə Holokost abidəsinin dəfələrlə təhqir olunması səciyyəvi haldır.

Əksər ermənilər yəhudiləri "ocar” deyə çağırırlar ki, bu da Ermənistanda "sabun” anlamını verir və bununla onlar, nasistlərin öz ölüm düşərgələrindəki qurbanlarının cəsədlərini sabun və abajurlara çevirmə praktikasına işarə edirlər. 

Azərbaycanda isə antisemitizm problemi  mövcud deyil. Azərbaycanlı yəhudilər 5-ci əsrdən bu günə qədər sülh və əmin-amanlıq zəminində yaşayırlar. Holokost zamanı, Azərbaycan bu vəhşiliklərdən qaçan Avropalı yəhudilər üçün bir sığınacağa çevrilib. 

Bundan başqa, Sovet dönəmində yəhudilər Azərbaycanın intellektual, iqtisadi və siyasi həyatında böyük rol oynayıblar ki, bu, onların rəsmi şəkildə maliyyələşdirilən Rusiya qırğınlarından qaçaraq müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanına gəlməsindən sonra baş verib.   

İsrailin baş naziri Benyamin Natanyahu ilk dəfə Azərbaycana 1997-ci ildə səfər edib. Onun növbəti səfəri isə 2016-cı ildə baş tutub. Keçən səfəri zamanı baş nazir bu ölkəni hər yerdə "müsəlman və yəhudilər arasında əlaqələrin qurula biləcəyi və olması gərəkən bir örnək” olaraq təqdir edib. 

Azərbaycanda yeddi sinaqoq və xeyli yəhudi məktəbi vardır. Yəhudilər Azərbaycan şəhərlərində çox rahat şəkildə kippotla gəzə bilirlər. Hazırda Fransa, Almaniya və bütün Qərbi Avropada ölkələrində olduğu kimi, Azərbaycanda da yəhudilər üçün heç bir təhlükə yoxdur.     

2018-ci ildə baş verən Erməni Məxmər İnqilabının Ermənistana həm daxili, həm beynəlxalq miqyasda, dəyişiklik gətirəcəyinə dair Ermənistanın ümidləri vardı. Belə düşünürdülər ki, Ermənistan nəhayət, Dağlıq Qarabağı geri qaytaracaq və Kremlin cilovlarından qurtulacaq ki, bu da ölkənin, regionun digər dövlətlərinə uğur gətirmiş bir çox ticari, infrastruktur və enerji layihələrinə qoşulmasına yol açmış olacaq. Ermənistanın təcavüzkarlığı və daimi müharibə mövqeyi onun öz qonşularının geniş iqtisadi qazanclarından tamamilə təcrid edib.    

Sabiq baş komandan və cinayətkar Serj Sarkisyanı əvəz edərək baş nazir olmuş Nikol Paşinyan ölkənin Moskva ilə əlaqələrini eyni format və şəkildə qoruyub saxlayır. Lakin heç nə dəyişmir.

Buna görə də İsrail Ermənistanla əlaqələrini dərinləşdirməməlidir. İsrail təşkilatları tərəfindən Ermənistanla əlaqələrin və əməkdaşlığın dərinləşdirilməsi İsraili ən yaxın tərəfdaşlarından hesab edən rəsmi Qüds və rəsmi Bakı üçün xoşagəlməz haldır.  

Ermənistan, İsraili həm təhlükəsizlik cəbhəsində Rusiya və İran təklifini irəli sürməklə, (Ermənistan İrana silah-sursat köçürmələri zamanı yaxalanmışdır, bunlar o silahlardır ki, ABŞ tərəfindən izlənərək, onlarla Amerika hərbiçilərinin qətlə yetirilməsi, habelə, Ermənistanın artıq yoxa çıxmaqda olan, lakin hələ də xaincəsinə fəaliyyət göstərən Metsamor nüvə zavodundan gələn nüvə materialının, yəqin ki, çirkli bombaların hazırlanması məqsədilə köçürülməsi cəhdləri də sübuta yetirilmişdir) həm də diplomatik cəbhədə İsrail ilə onun ən yaxın -  əgər onun üçün yaxın olmadığı halda - müsəlman tərəfdaşı Azərbaycan arasında uçurum yaratmağa görə hesabat verməklə və bu istiqamətdə fəal şəkildə işləməklə regional dinamikanı dəstəkləyir.

İsrail Azərbaycanla dost və strateji əlaqələrini dəyərləndirməli və bu əlaqələrin inkişafını davam etdirməli, habelə, heç bir qüvvənin bu əlaqələrə xələl gətirməsinə imkan verməməlidir. İsrail və Azərbaycan arasındakı ikitərəfli gələcəkdə də inkişaf etdirilməsi hər iki dövlət üçün yerli və beynəlxalq miqyasda daha çox uğur əldə olunmasını vəd edir. 

Maayan Hoffman

Yazıçı veteran Amerika-İsrail jurnalisti və marketinq və brend strategiyası əsasında fəaliyyət göstərən "İsrail365” sosial təsir biznesi müəssisəsinin vitse-prezidentidir. 

 

Загрузка...

Xəbər lenti