Tibb bacısından dəhşətli etiraf: “20 xəstəni zəhərlədim…”

Tibb bacısından dəhşətli etiraf: “20 xəstəni zəhərlədim…”
Yaponiyada 31 yaşlı tibb bacısı Ayumi Kuboki 20 nəfəri zəhərləyərək öldürməkdə ittiham edilir.

Panorama.az Qaynarinfo-a istinadən xəbər verir ki, 2 nəfərin ölümündə ittiham edilən Kuboki 20-ə qədər xəstənin həyatına son qoyduğunu etiraf edib. O, vəziyyəti ağır olan şəxslərə antiseptik maddə inyeksiya edib.

Ayumi Kuboki həmin şəxslərin ailələrinə ölüm xəbərini verməkdən xilas olmaq istəyib. O, maddəni elə bir vaxtda inyeksiya edib ki, ölüm hadisələri digər şəxsin növbəsi zamanı baş versin.

Qeyd edək ki, polis hadisədən sonra qadının evində axtarış apardığını açıqlayıb.
Загрузка...

Xəbər lenti