Tikiş, toxuma və bağçılıq qocalıq demensiyasından qoruyur

Tikiş, toxuma və bağçılıq qocalıq demensiyasından qoruyur
Orta yaşlarda fiziki aktivlik, xüsusən bağda-bağçada işləmək, qadınlar üçün toxumaq və tikiş ahıl yaşda demensiya və yaddaş pozğunluğu olan Alzheymer riskini azaldır.

Medicina.az xəbər verir ki, bunu İsveç alimləri bəyan edib. 44 il davam edən elmi araşdırmada 800 isveç qadın və kişi iştirak edib. Onlardan hansi zehni və fiziki işlə məşğul olmaları öyrənilib. Zehni aktivlik qiraət, yazı, konsert, teatr, musiqi, tikiş-toxuma və bağçılıq idi. Alimlər hər növü 10 balla qiymətləndirmə metodu seçiblər.

44 il ərzində 194 qadında demensiya, 102 nəfərdə Alzheymer, 27 nəfərdə qarışıq demensiya aşkar olunub. Məlum olub ki, daha çox zehni aktiv olan insanlar arasında Alsheymer riski 46% az olur. Xüsusən tikiş və toxuma ilə məşğul olan qadınlarda demək olar ki, risk çox azdır. Fiziki aktivlik isə, xüsusən bağçılıq, torpaqla işləmək qarışıq demensiyanı 56% azaldır.

Buna nəzərən alimlər qadın və kişilərə 50 yaşından sonra mütləq özlərinə uyğun zehni və fiziki aktivlik növü seçməyi, xüsusən bağçılıqla məşğul olmağı tövsiyyə edir.
loading...

Xəbər lenti