“Türk Yıldızları” yenidən Bakı səmasında uçacaqlar

“Türk Yıldızları” yenidən Bakı səmasında uçacaqlar
Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Yıldızları” akrobatik uçuş qrupunun sentyabr ayının 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə iştirakı nəzərdə tutulur.

"AzeriDefence”nin məlumatına görə, ” "Türk Yıldızları” bayram tədbiri çərçivəsində paytaxtın "Azadlıq” meydanı və Bakı buxtası üzərində nümunəvi uçuşlar edəcək.

Bu, cari ildə "Türk Yıldızları” aviaqrupunun Bakıda ikinci nümunəvi göstərisi olacaq. Qrup iyun ayının 26-da Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən hərbi paradda iştirak edib.

Qeyd edək ki, "Türk Yıldızları” qrupu ilk dəfə Azərbaycanda 2001-ci ilin avqust ayında olub.

Загрузка...

Xəbər lenti