Türkiyə səfiri Gəncə hadisəsindən danışdı

Türkiyə səfiri Gəncə hadisəsindən danışdı
"Azərbaycanda məhkəmənin sərbəst buraxdığı şəxs özü Türkiyəyə getmək istədiyini bildirmişdi”

Bizimyol.info xəbər verir ki, bunu 15 iyul Türkiyədə edilən çevriliş cəhdi ilə bağlı keçirilkən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir FETÖ -çülərin 15 iyul Türkiyədə çevriliş cəhdləri və onların cəhdlərinin puç olması ilə yanaşı Gəncədə baş verən hadisələrlə bağlı da söz açıb. O, ilk öncə polis əməkdaşlarının şəhid olması ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verib və sözügedən hadisənin araşdırılması üçün Türkiyə hökumətinin sonuna qədər Azərbaycanın yanında olacağını bildirib:

"Mən ilk öncə Azərbaycanın iki polis məmurunun şəhid olması ilə bağlı Azərbaycan xalqına və dövlətinə başsağlığımı bildirirəm. Eyni zamanda baş verən bu terror hadisəsinin obyektiv araşdırılması üçün daim Azərbaycanın yanındayıq. Türkiyə hər zaman qardaş Azərbaycanın, Azərbaycan xalqının yanındadır və ona dəstəkdir”.

Xəbər lenti