Türkiyə Silahlı Qüvvələri telefon istehsal edəcək - Şifrəli mesajlaşma

Türkiyə Silahlı Qüvvələri telefon istehsal edəcək - Şifrəli mesajlaşma
Türkiyə ordusunun informasiya təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi telefonlar istehsal ediləcək.

Telefonun proqram təminatı türk mütəxəssislər tərəfindən hazırlanacaq.

Məlumata görə, bu telefonlar "Android” sistemi ilə təchiz ediləcək. Lakin, telefona proqram yazmaq mümkün olmayacaq. Bundan başqa, səsli danışıqlar birbaşa qeydə alınacaq.

Bundan başqa, telefon SMS və ya "WhatsApp” kimi mesajlaşma xidmətləri əvəzinə, xüsusi şifrəli proqramla təmin ediləcək.

Telefonlar vacib bölgələrdə xidmət aparan əsgərlərə veriləcək.(Qafqazinfo)
Загрузка...

Xəbər lenti