Türkiyədən suriyalı qaçqınlara sərt xəbərdarlıq

Türkiyədən suriyalı qaçqınlara sərt xəbərdarlıq
Türkiyə Təhlükəsizlik Qüvvələri Suriyadan olan qaçqınların İstanbuldan deportasiya olunmalarına etiraz olaraq mitinq keçirmələrinə icazə verməyəcək.

İnterAz xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib. Nazir bildirib ki, suriyalı qaçqınlar Türkiyənin qanunlarına hörmətlə yanaşmalıdırlar.

Qeyd edək ki, ötən gün suriyalı qaçqınlar İstanbuldan çıxarılaraq qeydiyyat yerlərinə qaytarılmalarına etiraz olaraq mitinq keçirəcəkləri barədə fikirlər səsələndiriblər. 

loading...

Xəbər lenti