Türkiyəli biznesmen həyatı yoldaşı və 3 uşağını ataraq azərbaycanlı sevgilisi ilə Qarabağa qaçdı

Türkiyəli biznesmen həyatı yoldaşı və 3 uşağını ataraq azərbaycanlı sevgilisi ilə Qarabağa qaçdı
Türkiyənin Aydın vilayətinin Germencik qəsəbəsinin sakini həyat yoldaşı və 3 uaşğını ataraq azərbaycanlı sevgilisi ilə qaçıb.

Panorama.az open.az-a istinadən xəbər verir ki, İbrahim B. adlı 37 yaşlı şəxs beş il öncə süd və süd məhsullarının satışı ilə məşğul olan biznes qurub.

Evli və 3 uşaq atası İbrahim B. bir müddət sonra biznesini daha da böyüdərək, bankdan kredit götürüb 50 hektar ərazidə ferma qurub.

Sonra da inək başına 7 min lirə verən polis, əsgər, əkinçi, sənətkar kimi müxtəlif peşələrdən olan adamları özünə şərik edib. İbrahim B. daha sonra ödəmələri ləngitməyə başlayıb.

Mayın sonuna qədər ferma tərəfdaşları ilə əlaqəsini davam etdirən İbrahim iddiaya görə azərbaycanlı sevgilisi E.N. ilə qaçıb. 10 milyon lirə borcu olan Türkiyə vətəndaşının sevgilisi ilə ilə Qarabağa qaçdığı irəli sürülüb.

Banklardan götürdüyü kreditləri ödəmədiyinə görə şübhəlinin sərvəti müsadirə edilib və haqqında saxlanılma qərarı verilib. 
loading...

Xəbər lenti