Türkiyənin qorxduğu "Haşdi Şabi" ssenarisi reallığa çevrildi!

Türkiyənin qorxduğu
İraqdan gələn bir xəbər Türkiyə mətbuatında bomba effekti yaradıb.

Ölkə.Az xəbər verir ki, İranın nüfuz dairəsində olan şiə təriqətli "Haşdi Şabi" qruplaşması türkmənlərin məskunlaşdığı Telafer şəhərinə hücum edib.

"Haşdi Şabi" qruplaşması hədəfə baxmadan hücum etmə və mülki əhalinin ölümünə səbəb olma iddiası ilə müxtəlif vaxtlarda müzakirələrə səbəb olub.

Bu gün isə "Haşdi Şabi"yə bağlı bəzi qruplar Mosulun qərbində yerləşən Telafer qəsəbəsini almaq üçün əməliyyata başlayıb. "Hizbullah tuqayları" təşkilatı və digər qruplar şəhərə doğru hərəkətə keçib. Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatın məqsədi Mosul və Rakka arasında əlaqəni kəsmək, Mosulun mühasirəsini daraltmaq və Taleferi azad etməkdir.

Türkiyə tərəfi isə, Mosul əməliyyatı başlandığı gündən etibarən Telaferdə bir qətliam yaşanacağından ehtiyat edir. Əgər "Haşdi Şabi" qruplaşması Telaferə girsə, türkmənlərin qətliamı baş verə bilər.
Qruplaşmanın nümayəndəsi Ahmed Esadi isə "İŞİD"in əlində olan Telaferə girmək üçün hazırlıqlar başladığını, yaxın günlərdə əməliyyata başlayacaqlarını bəyan etmişdi.

Qeyd edək ki, Telafer şəhərində yaşayan türkmənlərin əksəriyyəti sünni məzhəbinə aiddir.
Загрузка...

Xəbər lenti