UBS: Dollar olması lazım olandan 10 faiz daha güclüdür

UBS: Dollar olması lazım olandan 10 faiz daha güclüdür
UBS-in qlobal baş iqtisadçısı Donovan, dolların olması lazım olandan 10% daha güclü olduğunu bildirib

Qlobal maliyyə xidmətləri şirkəti UBS-in qlobal baş iqtisadçısı Paul Donovan, "Bloomberg Television"da Dolların gedişinə qiymət verib.
 
Donovan Dollarda zəif gedişi ilə əlaqədar olaraq, "Dollar zəif deyil, güclüdür, ağlabatan dəyərinin üzərində güclüdür. Dollar, hal-hazırda olması lazım olandan 10 faiz daha güclüdür",- deyib.
 
UBS-in baş iqtisadçısı, "Məncə dollar Fed ilə bağlı bir problemin siqnalını vermir. Dollar, cari əməliyyatlar kəsiri, büdcə kəsiri ilə bağlı bir problemin və bir miqdar çox dəyərli bir pul vahidi olması probleminin siqnalını verir" deyib.
 
Donovan, dolların yaxın perspektivdə digər mühüm bazar valyutaları qarşısında dəyər itirməsi lazım olduğunu vurğulayıb.
 
marja.az
Загрузка...

Xəbər lenti