Ukrayna hökuməti istefaya getdi

Ukrayna hökuməti istefaya getdi
Ukraynanın baş naziri Vladimir Qroysman istefa verdiyini bəyan edib.

Ukrayna Konstitusiyasına əsasən, bu da öz növbəsində bütün nazirlər kabinetinin istefası deməkdir.

TASS xəbər verir ki, hökumətin çərşənbə günü keçiriləcək iclasından sonra vəzifədən gedəcəyini bildirən baş nazir Ali Radaya (parlamentə) seçkilərdə namizəd olacağını qeyd edib.

"Mən işlədiyim müddətdə gördüyüm işlərə görə utanmıram. Gələcəkdə daha böyük işlər görəcəyimizə əminəm. Yeni parlamentdə silahdaşlarımızla birgə peşəkar komanda yaradıb dövlətə xidmət edəcəyik”, - V.Qroysman bildirib.

//oxu.az
Загрузка...

Xəbər lenti