Ulduz futbolçular Ərdoğana görə fitə basıldı

Ulduz futbolçular Ərdoğana görə fitə basıldı
Almaniya milli komandasının futbolçuları Məsud Özil və İlkay Gündoğanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsindən sonra yaranan gərginlik millinin oyunlarına da təsir göstərib.

Axar.az xəbər verir ki, Almaniya və Avstriya milliləri arasında keçirilən yoldaşlıq oyununda ulduz futbolçular hər dəfə topa sahib olanda fitə basılıb.

"Toplanışın ilk günlərində məsələni ələ aldıq. Qəti şəkildə arxalarında dayanırıq. Onlar bizim üçün vacib oyunçulardır”, - Almaniya millisinin futbolçusu Tomas Müller bildirib.

Xatırladaq ki, Məsud Özil və İlkay Gündoğanın Rəcəb Tayyib Ərdoğanla görüşməsi Almaniya kansleri Angela Merkelin də sərt tənqidinə tuş gəlmişdi.
Загрузка...

Xəbər lenti