"Uşaq pulu" bərpa ediləcək? - RƏSMİ CAVAB

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda uşaqlara "uşaq pulu"nun verilə bilməsi ilə bağlı təkliflərə münasibət bildirib.

Panorama.az trend-ə istinadən xəbər verir ki, A.Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Azərbaycanda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir. İl ərzində bunun üçün 494 milyon manat ayrılır. Bu müavinətlər 585 min uşağı əhatə edir.

A.Kərimov əlavə edib ki, təkcə bu il ərzində, ölkədə ünvanlı sosial yardımdan 160 min uşaq faydalanıb: "Prezident Ilham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. "Uşaq pulu" isə ünvanlılıq prinsipinə tam cavab vermir".

loading...

Xəbər lenti