Vahid aylıq müavinət neçə nəfərə şamil olunacaq?

Vahid aylıq müavinət neçə nəfərə şamil olunacaq?
Vahid aylıq müavinətin məbləği  500 min nəfərə yaxın insana şamil olunacaq.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir:

"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə  2017-ci il fevralın 1-dən başlanılıb.  2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq,  adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və  60 manat təşkil edəcəkdir. 

Hazırda məcburi köçkünlərdən 81.476 nəfəri  22 manat,  415.081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət  alır”.

Qeyd edək ki, İlham Əliyev fevralın 26-da "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında”  Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği  2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.
 
oxu.az

Загрузка...

Xəbər lenti