Vahid Əhmədov işdən çıxarılan nazirlərdən DANIŞDI: "...5 milyard yedi..."

Vahid Əhmədov işdən çıxarılan nazirlərdən DANIŞDI:
Millət vəkili Vahid Əhmədov Milli Məclisin (MM) komitə iclasında ölkədə aparılan kadr islahatlarına toxunub və bunu müsbət qiymətləndirib.

Oxu.Az-ın məlumatına görə, millət vəkili son vaxtlar mətbuatda kadr dəyişiklikləri barədə məlumatlar yayıldığını və onların birmənalı qarşılanmadığını bildirib.

"Köhnə nazir vəzifədən gedən kimi başlayırlar onun üstünə düşməyə. 

Filan nazir beş milyard yedi, filan nazir iki milyard yedi, dağıtdı-tökdü... Həmin şəxslər nazir olan zaman Hesablama Palatası onun tabeliyində olan qurumu yoxlayıb.

Maliyyə Nazirliyin xüsusi müfəttişlər qrupu tərəfindən yoxlamalar aparılıb. Digər qurumları hələ demirəm.  Əgər bu insanların günahı varsa, vaxtında cinayət məsuliyyətinə cəlb edin.

Onlar da cavab versinlər. Yoxsa, 10-15 il nazir işləyəndən sonra vəzifəsini itirənlərin mətbuatda və sair yerlərdə üstünə düşülür ki, bu da anlaşılmır.

Bunlara heç kim cavab vermək istəmir.

Hesab edirəm ki, Hesablama Palatasının dövlət büdcəsinə nəzarət mexanizmini gücləndirmək lazımdır”, - deyə V. Əhmədov əlavə edib.
Загрузка...

Xəbər lenti