Vahid Əhmədovdan tələb: Nazirin vaxtı yoxdursa, başqa addımlar atılsın

Vahid Əhmədovdan tələb: Nazirin vaxtı yoxdursa, başqa addımlar atılsın
Millət vəkili Vahid Əhmədov şəhid ailələrinin sığorta məsələsi ilə bağlı yaranmış problemin artıq həll olunmasını tələb edib.

Oxu.Az xəbər verir ki, o, parlamentdə çıxışında bildirib ki, artıq bu məsələ öz çərçivəsindən kənara çıxıb:

"Bu gün də parlamentin qabağına yığışmışdılar. Artıq təhqiramiz söhbətlər gedir. Oqtay müəllim, xahiş edirəm ki, artıq bu məsələyə son qoyulsun. Onların hər birini əmək və əhalinin sosial müdafiəsi naziri qəbul etsin və dinləsin. Yox, əgər buna vaxtı yoxdursa, başqa addımlar atılsın. Amma nəticə olaraq, bu məsələyə son qoyulmalıdır”.

Spiker Oqtay Əsədov isə cavabında bu məsələ ilə bağlı nazirlə danışdığını bildirib və məsələnin həlli istiqamətində addımların atılmasını söyləyib.


Xəbər lenti